Venesiya Komissiyasının sədri: "Ermənistandakı dəyişikliklər aydın tövsiyələrə uyğun gəlmir"
27-06-2020, 13:40
İyunun 26-da Venesiya Komissiyasının sədri Cianni Bukikio Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyana cavab məktubu göndərib. Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsi məlumat yayıb. “Hörmətli sədr, 2020-ci il 25 iyun tarixli məktubunuz üçün təşəkkür. Mən Ermənistandakı konstitusiya dəyişiklikləri ilə bağlı inkişafları diqqətlə izləyirdim. Təəssüf edirəm ki, onlar Venesiya Komissiyasının aydın tövsiyələrinə uyğun gəlmir”, - deyə cavab məktubunda bildirilib.