ABŞ-dan “Vaqner” açıqlaması: Sülhə maneə törədir...

28-06-2020, 10:05           
ABŞ-dan “Vaqner” açıqlaması:
Rusiyanın “Vaqner” şirkətinin Liviyadakı fəaliyyətləri sülhün əldə olunmasına maneə törədir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Komandanlığı (AFRİCOM) məlumat yayıb.

“Şirkət Liviya xalqının problemlərini daha da artırır”, - məlumatda bildirilir.

Qeyd edək ki, Liviya Milli Neft Təşkilatı iyunun 25-də “Vaqner” şirkətinin “Şerare” neft yatağını ələ keçirdiyini açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.