Çin ABŞ-a etiraz edir: Təzyiqləri dayandırın!

29-06-2020, 10:02           
Çin ABŞ-a etiraz edir:
Pekin Çin müəssisələrinə əsassız təzyiq göstərdiyinə görə ABŞ-a etiraz edib və rəsmi Vaşinqtonu belə bir təcrübəni dayandırmağa çağırıb. Azvision.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edilib ki, Amerika tərəfinin Çin müəssisələrinə etdiyi əsassız təzyiqlərə bağlı rəsmi Pekin dəfələrlə mövqeyini bildirib.

“Bir daha vurğulamaq istərdik ki, ABŞ yenidən milli təhlükəsizlik konsepsiyasını ümumiləşdirir, dövlət hakimiyyətindən sui-istifadə edir və ayrı-ayrı Çin müəssisələrinə təzyiq göstərir. Bütün bunlar ABŞ-ın həmişə tərif etdiyi bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Çin buna qəti etirazını bildirir”, - deyə XİN-dən bildirilib.

Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, Pekin ABŞ-dan Çin şirkətlərinə əsassız təzyiqləri dayandırmağa, eləcə də Çin şirkətlərinin ABŞ-da normal işləməsi üçün vicdanlı, ədalətli və ayrı-seçkilik etməyən şərtləri təmin etməyə çağırır.

Bundan əvvəl “Reuters” Pentaqonun ABŞ-ın yeni sanksiyalarının tətbiq oluna biləcəyi Çin şirkətlərinin siyahısını tərtib etdiyini yazıb.

Agentliyin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun "Çin Xalq Qurtuluş Ordusunun nəzarətində və ya sahib olduğu" hesab etdiyi 20 şirkətinin siyahısını hazırlayıb.

Bildirilir ki, bu siyahıda, xüsusən, “Huawei” və “Hikvision” telekommunikasiya şirkətləri, həmçinin “China Mobile” və “China Telecom” mobil operatorları yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru