ABŞ mediası: "Azərbaycan Türkiyədən silahlı dronlar alacaq..." - Dağlıq Qarabağda döyüşmək üçün
1-07-2020, 09:48
Azərbaycan parlamenti bu yaxınlarda Türkiyədən pul qəbuluna imkan verəcək qanun layihəsini qəbul edib. Növbəti mərhələdə bu vəsaitdən Türkiyə istehsalı olan dronlar daxil olmaqla, müdafiə avadanlıqlarının tədarükündə istifadə oluna bilər.
Ovqat.com xəbər verir ki, iddianı ABŞ-ın “The National Interest” nəşri irəli sürüb.
Nəşrin “Hücum! Türkiyə ilə Azərbaycanı dronlar birləşdirir” sərlövhəli məqalədə deyilir:
Doğrudur, razılaşmanın detalları, həmçinin Azərbaycanın Türkiyədən hansı növ dron alacağı məlum deyil. Söhbət guman ki, orta hündürlükdə uzun müddət uça bilən “Bayraktar TB2” pilotsuz uçuş aparatından gedir.
Son dərəcə güclü dron olan “Bayraktar TB2”nin qiyməti də münasibdir: cəmi 5 milyon dollar. Bu aparatlar ehtiyac olduqda GPS və idarəçi olmadan belə, yerini dəyişə və yerə enə bilir.