AzTV-nin ölən rejissorunun şok səs yazısı... – Baş həkim

2-07-2020, 15:14           
AzTV-nin ölən rejissorunun şok səs yazısı... – Baş həkim
AzTV-nin əməkdaşı Samir Nemətzadə xəstəxanaya daxil olan zaman ağır vəziyyətdə olub.

Bunu Axar.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib. O bildirib ki, S.Nemətzadənin xroniki xəstəliyi olub və qan xəstəliyindən əziyyət çəkib:

“Biz əlimizdən gələn səyi göstərdik, lakin onun həyatını xilas edə bilmədik”.

Baş həkim mərhumun yayılan səs yazısına da münasibət bildirib:

“Samir Nemətzadə reanimasiya şöbəsində olub. Reanimasiya şöbəsində olan xəstə də tualetə getmir. Xəstəxanada su problemi yaşanmayıb. Bütün palatalarda isti və soyuq su var”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bununla bağlı araşdırma aparılır və ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə AzTV-nin əməkdaşı Samir Nemətzadənin xəstəxanada müalicə alan zaman ailəsinə göndərdiyi səs yazısı yayılıb. S.Nemətzadə xəstəxanada yer, tualet və su olmamasından, xəstələrə baxılmamasından şikayət edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru