“Bir neçə cavab qisas əməliyyatından sonra dərinə getmək olmaz” - deputat
24-07-2020, 11:18

“Bir neçə cavab qisas əməliyyatından sonra dərinə getmək olmaz. İmkan daxilində hüquqi çərçivədən kənara çıxılmamalıdır”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.
F.Mustafa qeyd edib ki, indi əsas atılacaq addım qardaş Türkiyə dövlətindən gəlməlidir: “Avropada və ABŞ-da, eləcə də dünyanın başqa yerlərində bütün dövlətlə əlaqəsi olan türk birliklərinə azərbaycanlılarla birlikdə hərəkət etmək, dinc tədbirlərə birlikdə qatılmaq tapşırığı verilməlidir. Bunu qardaş Türkiyə rəhbərliyindən təcili xahiş etməliyik. Siyasi baxışlarından asılı olmayaraq bütün fəal azərbaycanlıların bir-biri ilə sıx kontaktını yaratmalıyıq. Xüsusilə də Rusiyada toqquşmaya getməkdən çəkinməliyik. Hökumətə bəhanə verib soydaşlarımızın sıxışdırılması üçün zəmin hazırlamaq olmaz. Hüquqi yollarla zorakılıq tətbiq edənlərin cəzalandırılmasına çalışmaq və onların törətdikləri vəhşilikləri beynəlxalq media quruluşlarında tirajlamaq lazımdır. Bir neçə cavab təpiklər lazım idi, ancaq yenə də diplomatiyaya dönməliyik, xarici ölkələrdə mövqelərimizin itirilməsinə imkan vermək olmaz. Bu dəfə tədbirlərdə onlardan çox olaq ki, hücum etməyə cəsarətləri olmasın. Buna imkanımız var, lakin birliyimiz yoxdur. İndi bütün enejimizi bu birliyin mümkün yollarını tapmağa yönəltməliyik”.