Bu hücumu cavabsız qoymayacağıq – Cəfəroğlu

24-07-2020, 13:38           
Bu hücumu cavabsız qoymayacağıq – Cəfəroğlu
Ermənistan faktiki olaraq terrorçu siyasət yürütdüyünü göstərir. Bu xalq deyir ki, harda olmağımızdan asılı olmayaraq, öz xislətimizi, iç üzümüzü göstərə bilərik. Lakin biz əlimizdən gəldikcə bu işin üzərinə düşəcəyik.

Bu sözləri Axar.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu xaricdə yaşayan azərbaycanlılara qarşı ermənilərin qruplar və ya kütlə halında hücum edib döyməsi haqda danışarkən deyib. O bildirib ki, ABŞ, Avropa, Ukrayna və Rusiyada baş verən hadisələri yaxından izləyir:

“Onu deyə bilərəm ki, xaricdə yaşayan azərbaycanlılara ermənilərin hücum edib döyməsi, bu anları videoya çəkib yayması ciddi insan haqları pozuntusudur. Biz məsələni belə qoymayacağıq. Artıq rəsmi bəyanat hazırlamışq və ilk növbədə Ukrayna, Rusiya, ABŞ, Belçika kimi ölkələrin səfirliklərinə göndərəcəyik. Bizim vətəndaşlarımız yaşadıqları ölkələrdə təhlükəsizlikdə deyil. Bu insanları qorumaq ilk növbədə yaşadıqları ölkələrin polisinin borcudur. Biz, sadəcə, ölkə daxilindəki insanları deyil, ölkə xaricində yaşayan vətəndaşlarımızı da düşünürük. Zərər çəkmiş azərbaycanlıların haqlarını qoruyacağıq. Onlara hücum edən, zərər yetirən şəxs və ya şəxslərin cəza çəkmələrini tələb edirik, edəcəyik də. Dünya erməni vəhşiliyinə dur deməlidir. Bu xalqın xüsusi bir imtiyazı yoxdur ki, istənilən ölkədə belə vəhşiliklər törətsin. Bu gün bizə insan haqları ilə bağlı irad bildirən qurumlar, təşkilatlar bu vəhşiliyə səssiz qalıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.