Məmmədovdan Fəzail Ağamalıya reaksiya: - “Anar Bakıdadır, sifarişlə məşğul olmasın”
24-07-2020, 17:16

AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədov Milli Məclisin deputatı Fəzail Ağamalının qardaşı oğlu Anar Məmmədov haqqında səsləndirdiyi ifadəyə münasibət bildirib.
E.Məmmədov “MediaPost"a açıqlamasında bildirib ki, Anar Məmmədov fəaliyyəti olduğu dövrdə kifayət qədər həvalə olunan sahədə gənc siyasətçi kimi işini görüb:
“Ölkə rəhbərinin və dövlətimizin siyasətinə dəstək verib. Fəzail Ağamalı hazırda deputatdır. Getsin bu yöndə fəaliyyət göstərsin də! Kimlərəsə irad tutmaq asandır".
Fəzail Ağamalı ondan-bundan sifarişli yazı yazınca, ölkə rəhbərinin siyasəti ətrafında xidmət etsin. Necə ki, biz ömür boyu birləşmişik, bu gün də o siyasətə layiqincə xidmət edirik və o da xidmət eləsin.
Kimlərəsə qarayaxma kampaniyasının sifarişi ilə məşğul olmasın. Onda mən deyərəm ki, Fəzail Ağamalı əsl vicdanlı deputatdır”.
E.Məmmədov həmçinin bildirib ki, Anar Məmmədov Azərbaycan vətəndaşıdır və hazırda Bakıda yaşayır.
Qeyd edək ki, F.Ağamalı modern.az-a açıqlamasında sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovu tənqid edib. O, atası vəzifədən getdikdən sonra Anarın ABŞ-da lobbiçilik fəaliyyətini dayandırdığını söyləyib. Deputat onun haqda danışarkən “Anar Məmmədov kimilərin vətən sevgiləri boğazdan yuxarıdır” fikrini səsləndirib.