ABŞ Əfqanıstana 600 milyon dollar yardım ayıracaq

25-11-2020, 06:58           
ABŞ Əfqanıstana 600 milyon dollar yardım ayıracaq
ABŞ gələn il Əfqanıstanın mülki əhalisinə 600 milyon dollarlıq humanitar yardım ayıracağına söz verib.

APA “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Mayk Pompeo sülh danışıqlarının nəticələrinin Əfqanıstana ayrılacaq beynəlxalq yardımın həcminə və miqyasına təsir edəcəyini deyib.

“Prezident Donald Trampın ABŞ əsgərlərinin bu ayın əvvəlində Əfqanıstandan çıxarılması qərarı siyasətdə dəyişiklik demək deyil. Biz Əfqanıstanı dəstəkləməyə və 2021-ci ildə mülki yardım üçün 600 milyon dollar verməyə hazırıq. Sülh prosesi irəlilədikcə pulun yarısı əldə ediləcək”, - deyə Pompeonun açıqlamasında qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru