“VƏTƏNİ SATMISAN!” – Erməni deputat Paşinyana nifrət püskürür və həyasızlıq edir!

27-11-2020, 04:59           
“VƏTƏNİ SATMISAN!” –
Ermənistanın fəaliyyətdə olan hakimiyyəti Dağlıq Qarabağı «türklərin qarşısında diz üstə qoyub» və istintaq komissiyaları müəyyən etməlidirlər ki, bu, nəyin nəticəsidir.

“AzPolitika” xəbər verir ki, bunu noyabrın 26-da «Çiçəklənən Ermənistan» fraksiyasının (deputat sayına görə, parlamentdə ikinci deputat qrupu - M.A.) üzvü Naira Zöhrabyan bəyan edib.

Bu barədə Ermənistanın «VERELQ» analitik-informasiya portalı xəbər verib.

Deputatın sözlərinə görə, yaradılacaq istintaq komissiyaları bir çox suallara cavab tapmalıdır, o cümlədən, belə suala ki, «bu məğlubiyyət axmaqlığın, diletantlığın, yoxsa xəyanətin nəticəsidir?»

«Üçtərəfli sənədlə ərazilərin təhvil verilməsi qrafiki nəzərdə tutulub. Bu, biabırçı qrafikdir. Biz, vətəni təhvil veririk… Heç vaxt özümü emosional hesab etməmişəm, amma görəndə ki, Kəlbəcərə darvaza necə bağlanır, mən sizə min dəfə artıq nifrət etdim. Siz, mənim vətənimi təhvil verdiniz» - deyə, Nikola üz tutan deputat bəyan edib.

Zöhrabyan həm də hesab edir ki, Ermənistan hökumətinin indiki başçısı Azərbayanla danışıq aparmaq niyyətindən dəm vurur, ancaq o, «gülüş obyektinə çevrilib və yalnız ölkəni biabır edir».

Bütün bunlar öz yerində… bu murdarlar nə qədər çox didişsələr, o qədər yaxşı olar, amma «ölüm ayağında» da müstəsna riyakarlıq nümayiş etdirmələri sadəcə, ikrah doğurur! Məsələn, Nairi adlı «qədim peşə» sahibi utanmadan vətəndən dəm vurur - guya, Kəlbəcər onun vətəni, adı isə «Karvacar» imiş.

Ay harsın, sən özün Nikoldan da rəzil və iyrəncsən!

Kəlbəcər isə heç vaxt sənin vətənin olmayıb!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru