Ruslar köç təqvimini qısaltdılar: Qəsbkarlar Laçını noyabrın 30-dək boşaltmalıdırlar

27-11-2020, 05:05           
Ruslar köç təqvimini qısaltdılar: Qəsbkarlar Laçını noyabrın 30-dək boşaltmalıdırlar
Rus “sülhməramlıları” Laçında məskunlaşan ermənilərə noyabrın 30-na qədər rayonu boşaltmağı tələb edib.

Ovqat.com xəbər verir ki, ermənilərin özləri bunu etiraf ediblər.

Ermənilər mülklərini çıxarmaq üçün yük maşınına ehtiyac duyduqlarını, amma Ermənistan hökumətinin onlara yardım etmək istəmədiklərini bildiriblər. Əlləri İrəvandan üzülən ermənilər imkanlı soydaşlarından onlara yardım göstərməsini xahiş edirlər.

Xatırladaq ki, üçtərəfli sazişə əsasən, ermənilər dekabrın 1-dək Laçını tərk etməlidirlər. Köç təqdiminin 1 gün əvvələ çəkilməsi, görünür, ermənilərin əlavə möhlət istəmələrindən rusların da zinhara gəlməsindən irəli gəlir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.