Hərbi qələbədən sonra siyasi müstəvinin yenilənməsi vacibdir, bunun ilk addımlarından biri

27-11-2020, 07:35           
Hərbi qələbədən sonra siyasi müstəvinin yenilənməsi vacibdir, bunun ilk addımlarından biri
Bizi gələcəkdə ağır, uzun sürəcək, təzyiqlərlə dolu danışıqlar dönəmi gözləyir. Bu dövrdə ölkədə güclü müxalifətə, fikir və ideya "savaşına" daha çox ehtiyac yaranacaq. Siyasət yeni keyfiyyət müstəvisinə keçməli, müxalifət xarici təzyiqlərin "amartizatoru" rolunu oynamalıdır.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli deyir.
Şimal qonşumuz həməşəki kimi təzyiq vasitəsi kimi daxildə qarışıqlıq salmağa çalışacaq, siyasi dizayn işinə də girişəcək - bütün bunlara qarşı iqtidar tək duruş gətirə bilməyəcək. Dövlətçilik məfkurəsini anlayan, çətin durumda iqtidarın deyə bilmədiyi səsləndirə bilən güclü müxalifət olmazsa-olmazdır. Bunun üçün siyasi açılım olmalıdır, siyasi müstəvidə ideyalar, proqramlar, tezislər "savaşmağa" başlayanda bu gün səhnədə gördüyümüz siyasi təşkilat və şəxslərin 90%-i marginallaşıb itib-batacaq.
Çünki 27 ildir iqtidar-müxalifət, müxalifət-müxalifət münasibətləri şəxslər, bəsit söhbətlər, qarayaxmalar, şəratmalar üzərində inşa edilmişdi və bunda əsas iqtidarın günahı olsa da, ənənəvi müxalifətin də günah payı var.
İndi YAP da artıq tarixi qovuşub, mənasız təşkilata çevrilib, böyük ölçüdə hakimiyyəti də itirib, ona görə də artıq 3 ildir zaman-zaman dilə gətirdiyim tezisi bir daha deyim - İqtidara yeni, müasir, çağdaş partiya lazımdır, YAP yükündən qurtulan yeni partiya siyasi səhnədə münasibətləri normallaşdıra, siyasi ritorika və çəkişməni yeni keyfiyyət səviyyəsinə çıxarda bilər.
Bu zaman bizə - REAL-a həmin müstəvidə yeni iqtidar partiyası ilə ideya və tezis mübarizəsi aparmaq daha rahat olacaq, bu rəqabətdən isə Dövlət udacaq.
Hərbi qələbədən sonra siyasi müstəvinin yenilənməsi vacibdir, bunun ilk addımlarından biri prezidentin YAP sədrliyindən istefa verməsi olardı - İlham Əliyev qalib Ordunun Ali Baş Komandanı kimi hər hansı bir partiyanın üzvü, sədri olmamalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.