Paşinyan yenə ermənilik etdi: Ankara adekvat cavab versə, nə olacaq?

5-12-2020, 10:30           
Paşinyan yenə ermənilik etdi:
Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Türkiyə ilə ticarət əlaqələrini yenidən gözdən keçirməsini təklif edib. Məqsədsə sadədir: Türkiyəyə ittifaqın güzəştlərini ləğv etmək və ticarət əlaqələrini çətinləşdirmək.

10 noyabr bəyanatı ilə bağlı xalqa müraciətində yeni razılaşmanın region ölkələri üçün yaradacağı iqtisadi imkanlardan bəh-bəhlə danışan Paşinyanın qısa müddət sonra ənənəvi erməni siyasətinə dönüb Türk düşmənçiliyinə başlamasını normal məntiqlə izah etmək olmaz. Paşinyan Rusiya ilə Türkiyə arasındakı münasibətləri belə təkliflərlə zəiflətmək istəyirsə, yanılır. Çünki Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsirləri qismən də olsa Türkiyə ilə iqtisadi əlaqələr hesabına kompensasiya edilir. Bu baxımdan Rusiyanın yaxın perspektivdə Türkiyə ilə münasibətləri zəiflətmək yox, daha da gücləndirməkdə maraqlı olacağı gözlənilir.

İkinci bir tərəfdən isə Türkiyə və Azərbaycanla iqtisadi əlaqələr ilk növbədə Ermənistana lazımdır. Belə ki, 30 ilə yaxın müddətdə davam etdirdiyi işğalçılıq siyasəti Azərbaycan və Türkiyəni Gürcüstan üzərindən birgə layihələri həyata keçirməyə məcbur buraxdı. Bu baxımdan region ölkələri arasında əhalinin sayı və iqtisadi potensialına görə ən zəif ölkə olan Ermənistanla əlaqələr yaratmaq Azərbaycan və Türkiyə üçün indi o qədər də maraqlı deyil. Üstəlik iki qardaş ölkənin düşmən ölkə ilə əlaqələr qurması ictimai rəydə də mənfi qarşılanmaqdadır ki, bu da hakimiyyətlərə lazım olmayan bir təzyiqdir. Odur, Ermənistan liderinin bu cür təkliflər səsləndirməsi təəccübə səbəb olur.

Paşinyandan fərqli olaraq bu ölkənin yeni iqtisadiyyat naziri Vaan Kerobyan açıqlamasında bildirib ki, artıq qonşularla iqtisadi tərəfdaşlıq qurmaq zamanıdır. Təbii ki, Vaan Kerobyan qonşular deyərkən Türkiyə və Azərbaycanı nəzərdə tutur.

4 qonşu ölkənin ikisi ilə düşmən olan Ermənistan əhalisi iqtisadi problemlər fonunda xaricə üz tutur. Elə təkcə düşmən hesab etdikləri Türkiyədə 100 minə yaxın erməni qeyri-qanuni yaşamaqdadır. Türkiyə də Paşinyana adekvat cavab verib, təkcə bu sayda ermənini ölkəsindən çıxartsa necə olacaq? Yəqin, ermənilərin ən ağıllı siyasətçiləri də Türkiyənin edə biləcəklərini ağıllarına belə gətirmirlər…

Sələflərinin bədnam siyasətləri nəticəsində regionda həyata keçirilən meqa-layihələrindən kənarda qalan Ermənistanın baş nazirinin ənənəvi siyasi xətti dəyişəcəyi daha ağlabatan olardı. Ancaq liberal kimi təqdim olunan Paşinyan indi radikal "daşnak”lar kimi Türk düşmənçiliyini püskürtməyə başlayır. Görünür, Ermənistanda hakimiyyətdə qalmaq üçün Paşinyanın imkanları tükəndiyi üçün ictimai rəyi belə populist çıxışlarla idarə etmək istəyir.

Ermənistanın milli maraqlarını düşünən siyasətçi qonşularla normal münasibətlərin yaranmasını istəməli idi. Paşinyanla bağlı da əvvəllər belə ümidlər vardı. Amma Paşinyan Xocalı soyqırımının qatillərindən də sərt erməni siyasəti aparmağa başladı. Uzun illərdən sonra məhz Paşinyan Türkiyəyə yenidən ərazi iddiaları etməyə start verdi, beynəlxalq hüququ pozaraq işğal olunmuş Azərbaycan ərazilərinin Ermənistanın olduğunu bildirdi. Bütün bunlar isə onu göstərdi ki, Paşinyan da bütün ermənilər kimi ermənilik xəstəliyinə yoluxub və bu xəstəliyin fəsadları onda daha çox hiss olunur. Reallıqları qiymətləndirə bilməyən Paşinyanı yenilməz hesab etdiyi ordusunun 44 günlük döyüşlərdə məhv olması da ağıllandırmadı…
Mənbə: Qaynarinfo.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.