Şəhidlər xiyabanı bizim üçün müqəddəs yerdir və burda verilən müsahibə dəyərlidir.
1-01-2021, 18:37

“Polis mənə və çəkiliş qrupuna yaxınlaşaraq soruşdu ki, icazəniz var?
Kimdən icazə alınması gərəkliyini soruşdum. Dedi ki, Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi lazımdır. Bundan sonra dialoqumuz genişləndi:
- “Şəhidlər xiyabanında” müsahibə vermək üçün niyə Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınmalıdır?
- Tapşırıq belədir.
- Kimin tapşırığıdır?
- Bizə belə deyiblər.
- Yolun o biri tərəfinə keçib Milli Məclisin və ya Alov qüllələrinin qarşısında necə müsahibə verə bilərəm?
- Hətta bulvarda müsahibə vermək istəsəz gərək icazə alasız.
- 25 ildir küçə və meydanlarda müsahibə verirəm və ilk dəfə eşidirəm ki, buna görə xüsusi icazə alınmalıdır. Arxa planda nəyisə çəkməmək olar, orası aydındır, ancaq ümumi meydanda niyə çəkiliş aparmaq olmaz?
- Qanunlar bunu tələb edir.
- Belə bir qanun haqqında ilk dəfədir eşidirəm. Axı hərbi obyektin və xüsusi dövlət idarəsinin qarşısında müsahibə vermirəm. Televiziya kanalı mənə zəng edib müsahibə almaq istəyib və mən də onları Şəhidlər xiyabanına dəvət etmişəm, indi həmin kanalın əməkdaşı 3 - 5 dəqiqəlik müsahibə üçün Bakı Şəhər İcra Hakimiyyətindən necə icazə almalıdır? Bu gün Bakı Şəhər İcra Hakimiyyətində bu işə cavabdeh olanlar da istirahət edirlər.
- İndi komandiri çağıraram.
- Bəli, çağırın aydınlaşdıraq.
Polis bir neçə dəfə telefonla danışır. Təxminən 15 dəqiqədir komandiri gözləyirik. Yenidən müraciət edirəm:
-Komandir uzaqdadırsa, telefonla ondan soruşun, Şəhidlər xiyabanının girişində müsahibə vermək olar, ya yox? Nəhayət, polis mənə yaxınlaşaraq komandirin müsahibəyə icazə verdiyini söylədi”.
Teref.az xəbər verir ki, bunları "Atlas"Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahiboğlu deyir. Daha sonra Elxan Şahinoğlu deyir:.
Son illər polisimizə xeyli gənc kadr cəlb olunduğunu deyən politoloq onların çoxunun qanunlardan xəbərdar olduğunu deyib:
“Bizə yaxınlaşan gənc polis də bizimlə mədəni davranırdı, ancaq ona ya tapşırıq doğru verilməyib, ya da qanunlardan xəbərsizdir. Özünə də izah etdim. Şəhidlər xiyabanı bizim üçün müqəddəs yerdir və burda verilən müsahibə dəyərlidir. Sabah buradan reportaj hazırlamaq istəyən xarici jurnalistə icazə ilə bağlı müraciət edib, onu dəqiqələrlə gözlətdirsəz, bu, dövlət siyasətimizə uyğun olmayacaq”.