Ermənilər kütləvi şəkildə Qarabağa qayıdır - Rusiya MN rəqəmi açıqladı

3-01-2021, 04:48           
Ermənilər kütləvi şəkildə Qarabağa qayıdır -
Rusiya sülhməramlıları Ermənistan Respublikası ərazisindən Dağlıq Qarabağa qayıdan növbəti qaçqın kolonunu müşayiət edib.

"Şənbə günü 130-dan çox erməni qaçqın Dağlıq Qarabağdakı evinə qayıdıb".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya sülhməramlıları Ermənistan Respublikası ərazisindən Dağlıq Qarabağa qayıdan növbəti qaçqın kolonunu müşayiət edib. Yerevandan Stepanakertə (Xankəndiyə - red.) avtobuslarla 130-dan çox qaçqın qaytarılıb. Ümumilikdə Dağlıq Qarabağdakı daimi yaşayış yerlərinə 47,1 mindən çox qaçqın qayıdıb", - Müdafiə Nazirliyinin bülletenində bildirilir.
Xatırladaq ki, 27 sentyabr 2020-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatlar başlayandan sonra erməni əhali Ermənistana köç etmişdi. 10 noyabrda Rusiya sülhməramlıları bölgəyə yerləşdikdən sonra ermənilər kütləvi surətdə Qarabağa qayıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru