Türkiyə ilə hərbi ittifaqa nə mane olur? - Ekspert danışır

13-01-2021, 16:11           
  Türkiyə ilə hərbi ittifaqa nə mane olur? - Ekspert danışır
Türkiyə ilə hərbi ittifaqa nə mane olur?
"İlk növbədə o suala cavab tapmalıyıq ki, Azərbaycan üçün ölkənin milli təhlükəsizlik maraqlarının qorunması, yoxsa hansısa təşkilata üzvlüyü daha önəmlidir. Düşünürəm ki, bu məsələdə birincisini seçməliyik”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün Türkiyə hərbi bazasının ölkəmizdə yerləşdirilməsinə əngəl ola biləcəyinə aydınlıq gətirərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

"Ermənistanla olan çoxillik hərbi konflikti həll etdik və bunu hər zaman öz xeyrimizə həll etmək gücündəyik. Amma başqa kənar güclər var ki, Azərbaycana müəyyən təhlükələr yaradır. Ona görə də Türkiyə ilə ittifaqın gücləndirilməsi vacibdir”.

Həmsöhbətimiz təəssüflə bildirdi ki, Azərbaycan Müdafiə Nazirliyi Qoşulmama Hərəkatını əsas gətirməklə üçüncü dövlətin hərbi bazasının Azərbaycanda yerləşdirilməsinin mümkünsüzlüyünü vurğulayıb:

"Halbuki ay yarımdan çoxdur, Rusiya hərbçiləri Dağlıq Qarabağdadır və burada etmədikləri təxribat qalmayıb. Buna baxmayaraq, Müdafiə Nazirliyi bu günə qədər susur. Amma strateji müttəfiqimiz olan Türkiyə bazasının Azərbaycanda olması gündəmə gələn kimi, dərhal reaksiya verib.

Azərbaycanda Türkiyənin hərbi bazasının olacağına heç kim şübhə etməsin. Çünki ölkəmizin təhlükəsizliyinin təminatı vacibdir. Qoşulmama Hərəkatına üzvlük məsələsi isə ikinci dərəcəlidir. Ona qalsa, rus hərbçilərinin Qarabağda olması da Qoşulmama Hərəkatının prinsipinə ziddir. Belədirsə, niyə Türkiyə hərbi bazası Azərbaycanda olmasın?”

"Türkiyə bazasının Azərbaycanda olması Qoşulmama Hərəkatının prinsiplərinə ziddir”

Milli Məclisin deputatı Asim Mollazadə isə üçüncü ölkənin, həmçinin Türkiyənin hərbi bazasının ölkəmizdə yerləşdirilməsinə qarşı çıxır:

"Qoşulmama Hərəkatına üzvlüyümüz əlbəttə ki, üçüncü ölkənin hərbi bazasının Azərbaycanda yerləşməsinə maneə olur. Ona görə də Azərbaycanda Türkiyənin hərbi bazası yoxdur. Buna ehtiyac da yoxdur. Düzdür, bəzi sahələrdə Türkiyənin Azərbaycana dəstək verdiyi əsgərləri, hərbi mütəxəssisləri var. Azərbaycan heç bir hərbi bloka daxil deyil, müstəqil dövlət kimi hərəkət etməliyik. Türkiyə isə NATO-nun üzvüdür. Ona görə də onun hərbi bazasının burada olması Qoşulmama Hərəkatının prinsiplərini pozmaq deməkdir”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.