Rusiya-İran təlimlərinə Hindistan da qatılacaq - Admrial Xanzadi
17-02-2021, 07:02

Hind okeanının şimal hissəsində keçiriləcək Rusiya-İran birgə təlimlərinə Hindistan hərbi-dəniz qüvvələri də qoşulacaq.
Bu barədə fevralın 16-da İran İslam Respublikası hərbi-dəniz qüvvələri (HDQ) komandanı, admiral Hüseyn Xanzadi xəbər verib. Xəbəri «İRNA» dövlət informasiya agentliyi yayıb.
Cənubi Asiya nəhənginin «Dəniz təhlükəsizliyi qurşağı» kod adlı öyrədici təlimlərə qoşulacağını elan edən iranlı donanmaçı qeyd edib ki, təlimlərin ümumi məqsədi bölgədə kollektiv təhlükəsizliyə nail olmaqdan ibarətdir. «Ötən ildən başlayaraq, bölgəsel və dünya güclərinin iştirakı ilə təhlüksizlik üzrə seriya hərbi-dəniz təlimləri keçirilir. Bu dəfə Rusiya donanması artıq təlimlərdə iştirak üçün müəyyən olunmuş yerə gəlib, Hindistan donanması isə dənizdə kombinə olunmuş məşqlərə qoşulacaq» - admiral bildirib.
Bundan əvvəl, çərşənbə axşamı İslam İnqilabı Keşikçiləri Korpusunun və İran silahlı qüvvələrinin 2 sualtı qayığı İran sularına gəlmiş Rusiya donanmasını salamlayıb. Sualtı qayıqlar Rusiya hərbi-dəniz bölmələrini («Stoykiy» korveti və «Kola» logistika gəmisi) qarşılayıb.
Bir gün əvvəl, fevralın 15-də isə İran ordusunun mətbuat xidməti xəbər verib ki, İslam Respublikası və Rusiya Federasiyası Hind okeanında birgə hərbi-dəniz təlimlərinə start veriblər. İİR HDQ-nın kontr-admiralı Qulamrza Təhani məlumat verib ki, öyrədici təlimlər «Dəniz ticarətinin təhlükəsizliyi üçün kollektiv əməkdaşlıq» devizi altında keçiriləcək və 17000 kvadrat kilometr sahəni əhatə edəcək.
AzPolitika.info