Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir?

11-04-2021, 00:05           
Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir?
Almaniyanın Sosial Demokrat Partiyasının sözçüsü, Baden-Vürttemberg federal əyalətindəki Manheymdan olan memar Ralf Eysenhouver bildirib ki, əgr sahibləri öz binalarından istifadə etməsələr və dağılmasına icazə verməsələr bələdiyyələr üçün daha çox hüquqi vasitə istəyəcək. Virtualaz.org bildirir ki, bunu alman nəşri "Mannheimer-Morgen" yazıb.
"Şəhərsalma aspektləri mülkiyyətin əhəmiyyətli dərəcədə qorunmasından asılıdır", - siyasətçi müsahibəsində deyib. Siyasətçinin sözlərinə görə, Almaniya federal orqanları bu sahədə müəyyən məsələləri əhəmiyyətli dərəcədə dəyişdirməlidirlər.

Alman siyasətçini qəzəbləndirən səbəb isə altı il əvvəl Azərbaycandan olan iş adamlarının Manheym planetarisində ofis binası almaları və onu lüks otel halına salınmasını istəmələri olub. Lakin naməlum səbəblərdən yenidənqurma işləri başlamadı və ərazidə binanın yalnız beton karkası hazırlandı.

"Bu, məni həqiqətən çox qəzəbləndirir", - Ralf Eysenhouver bildirib.
Nəşr yazır ki, bu gün siyasətçinin bələdiyyə binasının planlaşdırma, tikinti, nəqliyyat və idman şöbəsində vəzifə almasından 100 gün keçir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru