Ermənistan parlamentində Metyü Brayzanın “qara siyahı”ya salınması təklif edildi... - BAŞLARINI İTİRİBLƏR...

17-04-2021, 10:37           
Ermənistan parlamentində Metyü Brayzanın “qara siyahı”ya salınması təklif edildi...
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyü Brayzanın Bakıda Hərbi Qənimətlər Parkını ziyarət etməsi və ondan öncə dəfələrlə Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi Ermənistanda ona qarşı da nifrət dalğasının baş qaldırmasına səbəb olub.

Moderator.az xəbər verir ki, qəsbkar ölkənin “News.am” nəşrinin yazdığına görə, dünən "Mənim addımım" fraksiyasından olan deputat Ovannes Ovannesyan artıq “qara siyahı” tərtib etməyin vaxtı çatdığını bildirib.

Erməni deputat Brayzanın "türkyönümlü" siyasət yürütdüyünə görə ona qarşı tədbir görülməsi barədə parlamentə müraciət edib.
“Artıq Ermənistan XİN-in "qara siyahı" tərtib etmək haqda ciddi düşünməsinin vaxtı çatıb. Qoy, həmin siyasətçilər bizim tolerantlığımızın bir həddi olduğunu bilsinlər. Onların Ermənistana səfərlərinə qadağa qoymaq lazımdır. Brayzanın məsələsinə gəlincə, ABŞ prezidentinin administrasiyası bu məsələ ilə bağlı aydın mövqeyini bildirməlidir" –O.Ovannesyan belə deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru