Blinken: Rusiya, Çin və ABŞ bu bölgədə toqquşa bilər

20-04-2021, 08:05           
Blinken: Rusiya, Çin və ABŞ bu bölgədə toqquşa bilər
Rusiyanın artan rolu səbəbindən Arktikada yeni konflikt meydana gələ bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“İqlim dəyişikliyi yeni konflikt teatrı yarada bilər. Fevral ayında Rusiyanın qaz tankeri tarixdə ilk dəfə Arktik Şimal dənizi yolu ilə üzdü. Çox da uzaq olmayan bir zamanda bu marşrutla ildə yalnız bir neçə həftə getmək mümkün idi. Lakin Arktika dünya səviyyəsindən 2 dəfə sürətlə istiləşdiyindən bu dövr çoxalır”, - deyə amerikalı rəsmi bildirib.

Blinkenin sözlərinə görə, Rusiya bu iqlim dəyişikliyindən öz xeyrinə istifadə etməyə çalışır:

“Rusiya Arktikada əraziləri nəzarətə götürmək və bazalarını modernləşdirmək, o cümlədən Alyaskadan 300 mil uzaqlıqda yenisini inşa etmək istəyir. Çin də həmçinin Arktikada öz təsirini artırır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru