Paşinyan: “Regional düşmənçiliyə imkan verməyəcəyik“

10-05-2021, 07:40           
Paşinyan: “Regional düşmənçiliyə imkan verməyəcəyik“
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan "Türklərlə düşmənçiliyin" idarə edilməli olduğunu bildirib.



Pravda.az xəbər verir ki, o, bu barədə Martuni şəhərinin sakinləri ilə görüşündə danışıb. Paşinyan bildirib ki, regional düşmənçiliyin idarəolunmaz hala gəlməsinə icazə verməyəcək: “Uşaqlara dinc, sabit bir bölgə qoymalıyıq və düşmənçilik idarəolunan olmalıdır. Əks təqdirdə yalnız Ermənistan üçün deyil, həm də bölgə üçün bir fəlakətlə üzləşməli olacağıq”.



Agentlik xatırladır ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasındakı sərhəd 1993-cü ildən bəri Ankaranın təşəbbüsü ilə bağlanıb. Ölkələr arasındakı gərginlik Ankaranın Azərbaycanın Qarabağ problemindəki mövqeyini dəstəkləməsindən qaynaqlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru