Lavrovun minalanmış ərazilərin xəritəsi ilə bağlı Bakıda dedikləri haqqında ŞOK İDDİA

11-05-2021, 22:44           
Lavrovun minalanmış ərazilərin xəritəsi ilə bağlı Bakıda dedikləri haqqında ŞOK İDDİA
"İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri görməyimizə ən real maneə minalarla bağlı problemdir. Bunun operativ şəkildə həllinin bir yolu var, o da mina xəritələrini verməsi üçün Ermənistanı məcbur etməkdir". Teref.az-n məlumatına görə, bu sözləri sherg.az-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi də hər vəchlə buna çalışır və artıq bu cəhdlər nəticə verməkdədir: "Rusiya XİN rəhbəri Lavrov Bakıda bu məsələyə də toxunub və qeyd edib ki, “Hesab edirik ki, məsələ tezliklə həll olunacaq. Ermənistan rəhbərliyi bunu həll etmək lazım olduğunu anlayır. İlk addımlar barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, problem tam həllini tapacaq”. Bununla da S.Lavrov dolayı yolla Azərbaycanın 20 iyunda Ermənistanda keçiriləcək erkən parlament seçkilərinə qədər gözləməsinə işarə edib. Bu həm də o deməkdir ki, Rusiya da Paşinyanın yenidən baş nazir olmasında maraqlıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru