Rəşid Behbudovun kürəkəni Fələstini sərt TƏNQİD ETDİ

12-05-2021, 11:20           
Rəşid Behbudovun kürəkəni Fələstini sərt TƏNQİD ETDİ
Dünya şöhrətli müğənni Rəşid Behbudovun kürəkəni, “Space” Müstəqil Teleradio Şirkətinin icraçı direktoru Kamil Şahverdiyev Fələstini sərt tənqid edib.

Oxuməni.az-ın xəbərinə görə, Kamil Şahverdiyev öz feysbuk hesabında belə yazıb:

“Fələstin Ermənistanı ən yaxın dost ölkə sayır və dəstək verir. Suriya, İordaniya, Livan, Fələstin erməni təəssübünü çəkən ərəb dövlətləridir. Hər zaman yanımızda olan İsraili müdafiə etməkdən çəkinməliyikmi? Vətən müharibəsində qardaş Türkiyə və Pakistandan başqa yanımızda hansı müsəlman dövlətini gördük? Məscidlərimizi donuz fermasına çevirən ermənilərə hansı müsəlman ölkəsi təpki göstərdi? Türkiyə, Pakistan və İsraildən başqa daha hansı ölkə haqq işimizdə bizi müdafiə etdi? Məncə dini və milli mənsubiyyətindən asılı olmayaraq dostumuzu və düşmənimizə dəstək verənləri tanımalıyıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru