XİN-də RUS DİLİ HEGEMONLUĞU: "Kələntəryana yarınmaq üçün..." - SƏRT ETİRAZ

12-05-2021, 20:15           
XİN-də RUS DİLİ HEGEMONLUĞU:
Ötən gün keçirilən Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin birgə mətbuat konfransında jurnalistlərə Azərbaycan dilində sual vermə imkanının yaradılmaması XİN-i tənqid obyektinə çevirib.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Müair Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev XİN-in bu addımını “Kələntəryana yarınmaq”cəhdi kimi dəyərləndirib:

“Çox təəssüf hissi keçirdim. Bura Azərbaycandır. Ancaq, görünür, kimsə Lavrova, Kələntəryana yarınmaq üçün bu addımı atıb. Düşünürəm ki, bu, Azərbaycan konstitutsiyasına hörmətsizlikdir, Azərbaycan milli maraqlarına tamamilə zidd olan bir addımdır. Bunu Azərbaycan dilinin alçaldılması, dəyərsizləşdirilməsi kimi başa düşürəm”.

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bunu Lavrovun anti-Azərbaycan mövqeyi ilə əlaqələndirib:

“Lavrov anti-Azərbaycan mövqeyində olan adamdır, çox ciddi şəkildə Azərbaycanın əleyhinə mövqe tutur. Bizim jurnalistlər sual verib onun ermənipərəst mövqeyini ifşa edəcəkdi, ona görə də skandal olmasın deyə bizim jurnalistlərə sual ünvanlamağa imkan verməyiblər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru