Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirir.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, iclasın müzakirə mövzusu açıqlanmasa da məsələnin Sünikdəki vəziyyətlə bağlı olduğu ehtimal edilir.
Qeyd edilib ki, mətbuatda və sosial şəbəkələrdə Azərbaycan ordusunun Sünik bölgəsindəki İşxanasar ərazisində hərbi əməliyyatlara başladığı barədə məlumatlar yayılıb. Azərbaycan hərbçilərinin Verişen kəndinə doğru üç kilometr irəlilədiyi bildirilib.