Psaki Putin və Bayden arasında mümkün görüş barədə əlavə məlumat verməkdən imtina edib
14-05-2021, 06:59
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında mümkün görüşün mövzusunun müzakirəsi davam edir, bu barədə hələ əlavə detallar yoxdur”.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki müntəzəm keçirilən brifinqdə bildirilib. Brifinq zamanı jurnalistlərdən biri sözügedən görüşün Baydenin Avropaya qarşıdakı səfəri çərçivəsində baş tutub-tutmayacağını soruşub.
Psaki öz növbəsində bunu təsdiq edə biləcəyi əlavə detallarım olmadığını dilə gətirib. Qısa olaraq bildirib ki, bununla bağlı müzakirələr davam edir.