Ermənilər Xocalıda yeni binaların bünövrəsini qurmağa başladı...- HƏDSİZLİK-FOTOLAR

18-05-2021, 06:45           
Ermənilər Xocalıda yeni binaların bünövrəsini qurmağa başladı...-
1992-ci ilədək bu Azərbaycan şəhərində azərbaycanlılara ərə gəlmiş bir neçə erməni qadından savayı bir hay ailəsi də yaşamayıb...

Azərbaycanın Rusiya ordusunun nəzarətində qalan Yuxarı Qarabağ ərazilərindəki separatçı-terrorçu rejimin tör-töküntüləri 29 il öncə soydaşlarımıza qarşı kütləvi soyqırımı həyata keçirdikləri Xocalı şəhəri ərazisində yeni binaların layihələndirmə işlərini başladıb.

Moderator.az xəbər verir ki, bu haqda erməni mediasına “İvanyan” adlandırılmış Xocalının qanunsuz başçısı Boris Qəhrəmanyan danışıb.
Onun sözlərinə görə, 180 iki, üç və dörd otaqlı mənzilin olacağı 9 çoxmənzilli binada Azərbaycan dövlətinin birbaşa nəzarətinə keçmiş ərazilərimizdən köçmüş ermənilər yerləşdiriləcək. “Hayastan” ümumerməni fondunun hesabına tikiləcək binalar müasir tələblərə uyğun olacaq.

Xatırladaq ki, bir müddət öncə xəbər verdiyimiz kimi, Xocalıdakı yeni mənzillərdən 80-də Ağdam rayonunun Şelli kəndindən köçmüş ermənilər yerləşdiriləcək.

Onu da vurğulayaq ki, 1992-ci ilədək Xocalıda azərbaycanlılara ərə gəlmiş bir neçə erməni qadından savayı bir hay ailəsi də yaşamayıb. Odur ki, erməni rejiminin bu Azərbaycan şəhərində yenidən məskunlaşma prosesinə başlatması tamamilə qanunsuzluq və hədsizlikdir.

Rəsmi Bakı ermənilərin Rusiya hərbi kontingentinin gözü qarşısında Xocalıda gördüyü və planlaşdırdığı işlərə hələki susqunluq nümayiş etdirir...

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru