“Sputnik” agentliyi Azərbaycanla bağlı növbəti YALAN YAYDI - FOTOFAKT

18-05-2021, 12:03           
“Sputnik” agentliyi Azərbaycanla bağlı növbəti YALAN YAYDI - FOTOFAKT
ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Sallivan Azərbaycan və Ermənistan liderləri ilə telefonda danışıb.

Modern.az xəbər verir ki, Sallivanın prezident İlham Əliyev və baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefon danışıqlarının yekunu olaraq Ağ Evin saytında rəsmi məlumat yerləşdirilib.

Amma Rusiyanın “Sputnik” agentliyinin Ermənistan xidməti ABŞ tərəfinin rəsmi məlumatının məzmununu təhrif edərək oxuculara yanlış məlumat verib.

Belə ki, “Sputnik Armenia” Sallivanın Azərbaycan Ordusunun demarkasiya olunmamış ərazidə yerdəyişməsini “təxribatçı və məsuliyyətsiz” adlandırdığını iddia edir. Amma Ağ Evin yerləşdirdiyi rəsmi məlumatda Azərbaycanın ünvanına heç bir ittihamın səsləndirilmədiyi aydın görünür.

Məlumatın məğzini təhrif etməklə, Ermənistan mediası 44 günlük Vətən Müharibəsinin gedişində olduğu kimi ölkə ictimaiyyətini aldatmaqla məşğuldur.

Xatırladaq ki, Rusiya “Sputnik” informasiya agentliyinin baş redaktoru erməni əsilli jurnalist Marqarita Simonyandır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru