Qəzza zolağından İsrail ərazisinə münaqişənin əvvəlindən 3,7 minə yaxın raket atılıb

19-05-2021, 07:40           
Qəzza zolağından İsrail ərazisinə münaqişənin əvvəlindən 3,7 minə yaxın raket atılıb
Mayın 10-dan Qəzza zolağından İsrail ərazisinə 3,7 minə yaxın raket atılıb.

Trend-in bu barədə "Gazeta.ru"ya istinadən xəbər verir.

Məlumata əsasən, 540 raket Qəzza zolağının öz ərazisinə düşüb, digər raketlərin 90 faizi isə "Dəmir günbəz" hava hücumundan müdafiə sistemləri ilə vurulub.

Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında qarşılıqlı raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.