Rusiyaya hücum üçün ən ideal yer buradır - “Biznes İnsayder”
19-05-2021, 08:57
Mayın əvvəlində ABŞ-ın Avropa xüsusi əməliyyatlar komandanlığı Şərqi Avropada 21 dövlətin xüsusi təyinatlıları ilə birlikdə iri təlimlər keçirdi. Bu addımlar Rusiya tərəfdən artan təcavüz fonunda baş verir.
Axar.az xəbər verir ki, bunu “Biznes İnsayder” nəşri yazıb.
Nəşrin yazdığına görə, təlimlər Rusiyanın özünün maraqlar zonası hesab etdiyi Rumıniya və digər Şərqi Avropa ölkələrində keçirilir:
“Rusiya ilə potensial münaqişədə hərbi dəniz qüvvələrinin xüsusi təyinatlıları olduqca vacibdir. Krımın ilhaqından sonra ruslar bölgədəki mövcudluğunu əhəmiyyətli dərəcədə artırdılar, yarımadanı Rusiyanın cənub cinahını həm qurudan, həm də havadan qoruyan alınmaz qalaya çevirdilər”.
Məqalə müəllifləri Rusiya ilə müharibə olacağı təqdirdə Krımı hərbi dəniz qüvvələrinin xüsusi təyinatlıları üçün ən ideal məkan hesab ediblər:
“Komandalar basqın edə, pusqu qura, dəniz və quru kəşfiyyatı apara, düşmən gəmilərinə qarşı minalar yerləşdirə bilər”.