Ermənistan Rusiyanın delimitasiya və demarkasiya təklifinə müsbət cavab verməyib

19-05-2021, 22:39           
Ermənistan Rusiyanın delimitasiya və demarkasiya təklifinə müsbət cavab verməyib
Bu barədə “Armenpress” məlumat yayıb
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın demarkasiya və delimitasiya işlərinə başlamaq təklifinə erməni tərəfinin cavabını təqdim edib.

Qazet.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Qriqoryanın sözlərinə görə, bu cür işə başlamazdan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Ermənistanın ərazisindən” çəkilməlidir. Ancaq bundan sonra müzakirələr üçün şərait yaradıla bilər.

Xatırladaq ki, Rusiya tərəfi mayın 18-də Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiya işlərinə başlamağı təklif edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.