Delimitasiya prosesində təxribatlar: - "Maraqlı qüvvələrin ölkəmizə aqressiyası...”

20-05-2021, 20:10           
Delimitasiya prosesində təxribatlar: -
Azərbaycan Ordusu sərhədi pozmağa və təxribat törətməyə cəhd edən erməni hərbçiləri cəzalandırıb. Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Kadrlardan görünür ki, hərbçilərimiz sərhədi keçməyə cəhd edən bir qrup ermənini ərazidən qovurlar. Həmçinin düşmənlərin qorxduğu aşkar hiss edilir və onlar Azərbaycan hərbçilərinin əmrlərini müticəsinə yerinə yetirirlər. Ermənilər özlərini elə aparırlar ki, insan kimi də yox, məhz iti qovan kimi qovulurlar...Görünür, hələ də ağılları başlarına gəlməyib.

Siyasi analitik Samir Hümbətov düşünür ki, düşmənin hansısa revanşist cəhd üçün imkanı yoxdur. O, bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Ermənistan ordusu darmadağın edilib. Bunu düşmən hərbçilərinin görkəmləri də sübut edir. Ən yaxşı halda hansısa silahlı birləşmələrdən söhbət gedə bilər. Bildiyiniz kimi, Azərbaycan 1992-ci il martın 3-də tanınan sərhədlərini bərpa etməyə başlayıb. Müharibəyədək belə imkanımız yox idi. İndi isə dediyim kimi, erməni ordusu darmadağın edilib və onlar bizim şərtlərimizlə barışmağa məcburdurlar”.

S.Hümbətovun sözlərinə görə, törədilən təxribatlarda maraqlı tərəflər var:

“Provokasiyalar sadəcə daxili auditoriyaya hesablanıb. Belə fon yaratmaq istəyirlər ki, guya erməni ordusu zəiflədiyi halda yenə də mübarizə aparır. Yəni sadəcə daxili ictimai rəyə hesablanmış addımlardır. Rusiya, İran və ABŞ-dakı bəzi qüvvələr də ölkəmizə qarşı aqressiya nümayiş etdirirlər və Ermənistandan bizə qarşı təzyiq aləti kimi yararlanırlar. Rəsmi İrəvan İranla sərhəddə baş verənlərdən də bizə qarşı manipulyasiya aləti kimi istifadə edəcək. Lakin, fikrimcə, sərhədlər tam müəyyənləşdikdən sonra Laçın dəhlizinədək olan məsafədə təxribatlar xeyli azalacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.