Kreml pozitiv siqnal gördü – ABŞ-Rusiya əlaqələrində yeni dönəm?

21-05-2021, 06:55           
Kreml pozitiv siqnal gördü –
"Bu qərardan asılı olmayaraq, bir daha təkrar edirəm, iş aparılırdı və dəfələrlə bildirilmişdi ki, bu layihəni ən qısa zamanda yekunlaşdırmaq niyyətindədirlər"

Kreml Birləşmiş Ştatların Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin "Nord Stream 2" (Şimal axını-2) şirkətinə qarşı sanksiyaların dayandırılması barədə sözlərini pozitiv siqnal olaraq qəbul edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ağ Evin mövqeyinin dəyişməsi "əlavə maneələr yaratmır".

"Bu qərardan asılı olmayaraq, bir daha təkrar edirəm, iş aparılırdı və dəfələrlə bildirilmişdi ki, bu layihəni ən qısa zamanda yekunlaşdırmaq niyyətindədirlər", - deyə Peskov bildirib.

Qeyd edək ki, daha əvvəl Dövlət Departamentinin rəhbəri Entoni Blinken bəyan etmişdi ki, "Nord Stream 2 AG", onun rəhbəri və işçilərinə qarşı sanksiyaların dayandırılması Vaşinqtonun marağındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru