“Gecə saat ikidə, üçdə birinə , sonra ikinciyə, üçüncüyə zəng vur...” - ŞOYQU MOSKVANIN QARABAĞ DİPLOMATİYASI HAQDA

21-05-2021, 16:15           
 “Gecə saat ikidə, üçdə birinə , sonra ikinciyə, üçüncüyə zəng vur...” - ŞOYQU MOSKVANIN QARABAĞ DİPLOMATİYASI HAQDA
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Zvezda” telekanalına müsahibəsində Qarabağ məsələsinə də toxunub. Telekanal Şoyqudan ad günü ilə bağlı müsahibə götürüb. Reportajda deyilir ki, Rusiya ordusu ötən ilin payızında Dağlıq Qarabağda alovlanan münaqişənin nizama salınmasına cəlb edilib. Müdafiə naziri Sergey Şoyqu hərbi əməliyyatların dayandırılmasına dair Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan baş nazirinin üçtərəfli bəyanat imzalaması ilə nəticələnən danışıqlarda iştirak edib.

“Qarabağa sülhməramlı qüvvələr yeridildi. Prezident bunun üçün nə qədər qüvvə sərf etdi, onu biz bilirik. Çünki gecə idi, saat ikidə, üçdə. Birinə zəng, sonra o birinə, üçüncüyə. Məsələ həll olunur. Ümumən, çox nəhəng iş idi”,-Sergey Şoyqu həmin danışıqlar haqda belə deyib.

Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru