"Tezliklə Avropa İttifaqi ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi imzalanacaq " — İtaliya Prezidenti

26-05-2021, 21:39           
"Tezliklə Avropa İttifaqi ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi imzalanacaq
İtaliya Respublikasının Prezidenti Serjio Mattarelladan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Demokrat.az-ın məlumatına görə, məktubda deyilir:

"Cənab Prezident.

Respublika Günü münasibətilə Sizi İtaliya xalqı adından və şəxsən öz adımdan təbrik edir, Azərbaycan Respublikasının firavan gələcəyi naminə səmimi arzularımı çatdırıram.

Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, həm də xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir.

Azərbaycanlılar və italyanlar arasında qarşılıqlı rəğbət və səmimi dostluğun olması pandemiyanın ən pis dövrlərində yenidən öz təsdiqini tapdı. Bunun da qarşılıqlı həmrəylik təşəbbüsləri ilə nəticələndiyini görmək mənim üçün xüsusi məmnunluq mənbəyidir.

Bu kontekstdə ümid edirəm ki, tezliklə Avropa İttifaqi ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi imzalanacaq. Əminəm ki, bu, ölkələrimiz arasında artıq mövcud olan möhkəm və çoxşaxəli münasibətlərin daha da inkişafına təkan verəcək.

Dərin hörmət hissi ilə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru