İranda yeni prezident - Sistem seçkilərdən əvvəl artıq onu təyin edib

8-06-2021, 06:57           
[img]https://teref.az/uploads/posts/2021-06/1623091360_1.jpg[/imgİyunun%2018-də%20İran%20İslam%20Respublikasında%20sayca%2013-cü%20prezident%20seçkiləri%20keçiriləcək.%20Amma%20gerçəkdən%20seçkilərmi?%20Bütün%20rəy%20sorğuları%20gələcək%20prezidentin%20kimliyini%20ortaya%20qoyur%20–%20ötən%20prezident%20seçkilərinin%20ikincisi%20olan,%20vaxtilə%20ölkənin%20baş%20prokuroru%20vəzifəsində%20çalışmış,%20hazırda%20məhkəmə%20hakimiyyətinin%20başında%20dayanan%20İbrahim%20Rəisi.%20İranın%20seçki%20tarixində%20bəlkə%20də%20ilk%20haldır%20ki,%20prezident%20demək%20olar%20ki,%20alternativsiz%20öz%20məqamına%20çatacaq.%20İnqilabdan%20sonra%20İslam%20Respublikasının%20təsis%20edilməsi%20ilə%20bağlı%201979-cu%20il%20referendumundan%20sonuncu%20parlament%20seçkilərinədək%20əhali%20təxminən%2037%20dəfə%20seçki%20məntəqələrinə%20gedib.%20Amma%20seçkidən%20seçkiyə%20əhalinin%20siyasi%20sistemə%20inamsızlığını%20müşahidə%20edən%20rejim%20mənsubları%20formaca%20müxtəlif,%20əslində%20analoji%20metodları%20ortaya%20atıblar.%20Yetər%20ki,%20seçicini%20cari%20seçkidə%20iştiraka%20cəlb%20edə%20bilsinlər.%20Şəxsən%20üç%20dəfə%20müşahidə%20etdiyim%20prezident%20seçkilərində%20rejimin%20əsas%20hədəfi%20seçkidə%20əhalinin%20kütləvi%20iştirakının%20təmin%20edilməsi%20və%20bununla%20dünyaya%20“xalq%20siyasi%20quruluşa%20inanır%20və%20seçkiyə%20gəlir”%20mesajını%20vermək%20olub.%20Bundan%20ötrü%20ilk%20növbədə%20namizədlər%20arasında%20kəskin%20rəqabət%20mühitini%20formalaşdırmaq%20prioritet%20addım%20sayılırdı.%20Baxmayaraq%20ki,%20Konstitusiyaya%20Nəzarət%20üzrə%20Nigəhban%20Şurası%20mövcud%20siyasi%20quruluşa%20azacıq%20müxalif%20olan%20şəxsin%20nəinki%20prezident,%20hətta%20yerli%20seçkilərdə%20belə%20iştirakına%20icazə%20verməz.%20Bundan%20ötrü%20qanunvericilik%20bazası%20da%20Nigəhban%20Şurasına%20kifayət%20qədər%20səlahiyyət%20və%20imkan%20tanıyıb.%20Bəs,%20o%20zaman%20yuxarıda%20qeyd%20etdiyim%20və%20rejim%20üçün%20vacib%20olan%20kütləvilik%20və%20seçki%20rəqabəti%20üçün%20münasib%20mühit%20necə%20formalaşdırılır?2005-ci%20il%20prezident%20seçkilərində%20mühafizəkar%20qanadın%20əsas%20namizədi%20Əhmədinejadın%20qarşısına%20əhali%20arasında%20prezident-oliqarx%20kimi%20antipatik%20imicə%20sahib%20Rəfsəncanini%20çıxarmaqla%20seçicidə%20seçkiyə%20maraq%20(əslində%20prinsip,%20bir%20növ%20intiqam%20hissi)%20oyada%20bildilər%20və%20Əhmədinejadın%20qələbəsini%20təmin%20etdilər.%20Eyni%20metod%201997-ci%20il%20seçkilərində%20Xatəmi%20–%20Natiq%20Nuri%20tandemində%20də%20tətbiq%20edilmiş%20və%20birincinin%20qələbəsi%20ilə%20sonuclanmışdı.%202009-cu%20il%20seçkiləri%20isə%2030%20illik%20İslam%20Respublikası%20tarixində%20ən%20dramatik%20və%20qanlı%20sonucla%20bitən%20seçki%20kimi%20yadda%20qaldı.%20Sanksiyaların%20yeni%20mərhələsinə%20qədəm%20qoyan%20İslam%20Respublikası%20üçün%20xüsusi%20legitimlik%20tələb%20olunan%20həmin%20dönəmdə%20“Beyt-e%20rəhbərinin”%20növbəti%20gedişi%20rejim%20üçün%20nisbətən%20baha%20başa%20gəldi.%20Tehranda%20və%20başqa%20şəhərlərdə%20hakimiyyətin%20əsas%20namizədinə%20rəqib%20olan%20Mirhüseyn%20Musəvi%20və%20Kərrubinin%20olduqca%20izdihamlı%20mitinq%20və%20yürüşləri%20keçirildi.%20Dünya%20seçki%20öncəsi%20İranda%20nisbətən%20demokratik%20seçki%20mühitini%20müşahidə%20etməyin%20şokunda%20idi.%20Amma%20seçki%20heç%20də%20seçkiöncəsi%20vəziyyətə%20adekvat%20sonuclanmadı.%20Əksəriyyət%20tərəfindən%20keçmiş%20baş%20nazir%20Mirhüseyn%20Musəvinin%20qələbə%20çaldığının%20iddia%20edildiyi%20bir%20şəraitdə%20Əhmədinejad%20qalib%20elan%20edildi.%20Seçki%20saxtakarlığına%20qarşı%20Tehranın%20İmam%20Hüseyn%20Meydanından%20Azadi%20Meydanınadək%20uzanan%20üç%20milyonluq%20etiraz%20yürüşü%20isə%20qanla%20yatırıldı.%202009-cu%20il%20prezident%20seçkiləri%20kütləvi%20həbslər,%20Musəvi%20və%20Kərrubinin%20ev%20dustaqlığı,%20onlarla%20qurban%20və%20şübhəsiz%20ki,%20rejimlə%20əhali%20arasındakı%20nifrət%20mühitinin%20daha%20da%20şiddətlənməsi%20ilə%20nəticələndi.%202013%20və%202017-ci%20il%20prezident%20seçkilərində%20də%20“islahatçı”%20Ruhaninin%20prezident%20seçilməsi%20üçün%20onun%20qarşısına%20qatı%20mühafizəkar%20namizədləri%20(məsələn,%20ayətullah%20Rəisi%20kimi)%20çıxarıb,%20əhalini%20yenidən%20səsvermə%20məntəqələrinə%20cəlb%20edə%20bildilər.%20Amma%20əvvəlki%20illərlə%20müqayisədə%20nisbətən%20sönük%20səviyyədə…[img]https://teref.az/uploads/posts/2021-06/1623091338_2.jpg[/img]

Bu dəfə isə həmin Rəisi təkbaşına – tamamilə şanssız namizədlərlə müşayiət olunur. Son rəy sorğularına görə seçkidə elektoratın cəmi 30 faizinin iştirakı gözlənilir və həmin seçicinin də yarısından çoxu inqilab rəhbəri Ayətullah Xameneyinin birbaşa dəstəklədiyi Rəisinin prezident olacağına şübhə etmir. Nəzərə alsaq ki, bu seçkilərə qatılanlar sırasında keçmiş prezident, hazırda İnqilabın rəhbərinin nəzərindən düşmüş hesab edilən Mahmud Əhmədinejadın belə namizədliyi qeydə alınmadı. Halbuki ilkin rəy sorğularında onun şansının Rəisidən iki dəfə artıq olduğu görünürdü. Eləcə də Laricani, Cahangiri, Taczadə kimi şanslı namizədlərin seçkiyə buraxılmaması Rəisi üçün yolun tam hamarlanması anlamında dəyərləndirilə bilər. Çünki ilkin rəy sorğularına görə seçkiyə buraxılan digər altı namizədin ümumi səsi Rəisinin səslərinin 20 faizi qədər deyil. Hər halda, görünən budur ki, İslam rejimi özünün növbəti seçimini etmişdir.


Kimsəyə sirr deyil ki, İranda demokratiya yoxdur. Parlament də, prezident də Nigəhban Şurasının “filtr”indən keçən namizədlərlə formalaşdırılır. Elə isə rejimin əhalinin səsinə, “rəqabətli” seçki mühitinə ehtiyacı nədən və hansı zərurətdən qaynaqlanır?


Təsadüfi deyil ki, rəsmi Tehran təkcə seçkilərdə deyil, hər il 12 fevralda İslam İnqilabının ildönümündə yüzminlərlə insanı ölkənin müxtəlif şəhərlərindən Tehrana, Azadi meydanına toplayaraq çoxmilyonluq aksiya keçirir və bununla, əhalinin mövcud siyasi quruluşun yanında olduğunu dünyaya sərgiləyir. Ölkədə seçki taktikası da məhz elə bu məntiqə söykənir – xalqın illərdir sanksiyalar qarşısında davam gətirmiş, amma artıq zəifləməkdə olan sistemin yanında olduğunu, quruluşun seçkisinə, konstitusion əsaslarına inandığını dünyaya nümayiş etdirmək. Çünki buna ehtiyacı var və sistem ciddi legitimlik problemi yaşayır.


Politoloji yanaşmada hakimiyyətlərin davamlı olması üçün iqtidar maraqları ilə yanaşı, cəmiyyət və beynəlxalq maraqların təmin olunması da müstəsna önəm kəsb edir. İran uzun illərdir ki, beynəlxalq maraqlarla bağlı peoblem yaşayıb və yaşamaqdadır. Əhalinin yaşam şəraitinin nisbətən əlverişli olması da son illərədək hakimiyyətin ömrünü uzadan amillər sırasında olub. Artıq nə cəmiyyət maraqları təmin olunur, nə də beynəlxalq maraqlar. Təkcə rejimin maraqlarının təmin olunması isə onun uzunömürlü olması üçün yetərli deyil. İran dəyişməlidir! Amma necə?..

Aydın olan budur ki, mövcud siyasi sistemdə bu dəyişiklik seçki ilə baş tutmayacaq.
pressklub
Müəllif: Rüfət Muradlı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.