"Sərhəd gərginliyi bizim üçün biabırçı şəkildə nəticələnəcək"- Malxasyan

24-07-2021, 10:06           
"Sərhəd gərginliyi bizim üçün biabırçı şəkildə nəticələnəcək"- Malxasyan
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Erməni mediası dünən sərhəd bölgəsində baş verən atışmaların İrəvan üçün ağır nəticələnə biləcəyini yazıb. Azvision.az xəbər verir ki, bununla bağlı yerli mediaya açıqlama verən tanınmış erməni fəal Derenik Malxasyan yeni hərbi toqquşmaların onlara baha başa gələcəyinə işarə vurub:

“Bu sərhəd gərginliyi bizim üçün biabırçı bir sülh müqaviləsi və ya buna bənzər bir şeylə nəticələnə bilər.Ölkənin başına gətirilən bədbəxtliyin mənbəyi sayılanlar hakimiyyətdə qalırsa, bu problemlər də təbiət qanunlarına uyğun olaraq davam etməlidir”.

Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma olması barədə məlumat yaymışdı. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru