Rusiyaya qarşı deyilik, amma öz mənafeyimiz var - Kiyev
26-07-2021, 08:43
Kiyev Şimal Axını-2 mövzusunda maraqlarını müdafiə edir və Rusiyaya qarşı deyil.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Ali Radasının spikeri Dmitri Razumkov çıxış edib.
ABŞ və Ukrayna liderlərinin görüşündən sonra Şimal Axını-2 ilə bağlı dəyişikliyin olub-olmayacağı barədə danışan spiker maksimum dərəcədə çalışmalı olduqlarını və ölkənin maraqlarından dolayı narahatlıq keçirdiklərini vurğulayıb.