Qarabağda prioritet üçtərəfli bəyanatların icrasıdır - Rusiya XİN

5-08-2021, 08:52           
Qarabağda prioritet üçtərəfli bəyanatların icrasıdır - Rusiya XİN
Qarabağda prioritet üçtərəfli bəyanatların icrasıdır
2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvarında imzalanmış üçtərəfli razılaşmaların icrası Qarabağ münaqişəsi zonasında vəziyyətin normallaşması üçün prioritetdir.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında ölkənin beynəlxalq mövqeyi üzrə sənədində deyilir.

Rusiya Xarici İşlər Nazirliyi BMT agentliklərinin və xüsusən də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı zonasında humanitar fəaliyyətlərə cəlb etməyi faydalı hesab edir.

"Onların mümkün işinin parametrləri rəsmi Bakı və Yerevanla birbaşa koordinasiya edilməlidir", - sənəddə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru