“Zaman bizi dövləti itirməyə aparır“ - Erməni qəzeti

14-10-2021, 00:04           
“Zaman bizi dövləti itirməyə aparır“ -
"Ermənistan-Azərbaycan münasibətləri, xüsusən də rəsmi məlumatlara görə, delimitasiya və demarkasiya işləri və İnzibati Ərazi Bölümü haqqında Ermənistan Respublikasının Dövlət Qanunu bizə yaxşı heç nə vəd etmir. Buna hakimiyyətdə olanların, ilk növbədə, sülh məsələsi ilə maraqlandığını əlavə etsək, bu işin dinc gedişində belə yalnız ərazilərimizi itirəcəyimiz bəllidir. Əgər Azərbaycanla dil tapmasaq, genişmiqyaslı müharibə qaçılmaz məğlubiyyətə gətirib çıxaracaq. Vəziyyətimiz çox pisdir, çünki son müharibədən 1 il sonra Azərbaycan yeni müharibəyə hər an hazır olduğunu deyir".

Oxuməni.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb:

Erməni nəşrində Azərbaycana qarşı əsassız ittihamlar və nifrət özünü büruzə verib:

“Sentyabrın 27-də başlayan müharibə bizim üçün tamamilə gözlənilən oldu. Rəsmi məlumata görə, buna düzgün hazırlaşırdıq. Nəticədə, nə əldə etdiyimizi gördük. Məğlubiyyət. İndi Azərbaycan buna çox yaxşı hazırlaşır. Bizdə isə heç bir irəliləyiş yoxdur və müharibənin amansız məğlubiyyətinin psixoloji nəticələrini - minlərlə qurban, yaralı, itkin düşmüş və əsir götürülmüş kəslər və s. gördük. Nə qədər bərbad durumda olduğumuz aydındır. Bütün bunların insanlara, orduya və ümumiyyətlə, təhlükəsizlik sisteminə təsir etməsi, bizi betər vəziyyətə salıb.

Gələcəyin nə olacağından asılı olmayaraq, bütün bunlar uğursuzluğa məhkum olduğumuzu aydın şəkildə göstərmirmi? Nisbətən sülh yolu ilə davam edərsə, delimitasiya və demarkasiya nəticəsində bir çox ərazimizi itirəcəyik. Müharibə olsa da, olmasa da bu olacaq. Hər ikisindən də qaçmaq istəyiriksə, yeganə yol bütün istiqamətlərdə - bütün dünya erməniləri ilə birləşmək və düşmənə ciddi əks-hücum etməkdir. Əks təqdirdə, başımızın üzərində asılı olan təhlükə o qədər böyükdür ki, zaman bizi birbaşa məhvə, hətta dövlət və dövlətçilik itkisinə aparır”.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.