“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan

30-11-2021, 11:16           
“Azərbaycan gömrük postları Ermənistan iqtisadiyyatını iflic edəcək” - Smbat Qriqoryan
Gorus-Qafan yolunda Azərbaycanın gömrük-keçid məntəqələrinin yaradılması Ermənistana idxal olunan neft məhsullarının miqdarını ciddi şəkildə azaldacaq. Bunu Ermənistan KİV-lərinə açıqlamasında iqtisadçı ekspert Smbat Qriqoryan bildirib.

Ekspert hesab edir ki, son vaxtlar Ermənistan üçün həyati əhəmiyyət kəsb edən malların idxalında ciddi problemlər yaranıb.

Qriqoryan xatırladıb ki, Azərbaycan Ermənistanı İranla birləşdirən Gorus-Qafan dövlətlərarası avtomobil yolunun ayrı-ayrı hissələrində nəzarət-buraxılış məntəqələri yerləşdirib və İran yük maşınlarının sürücülərindən ödəniş tələb edir. Ekspertin sözlərinə görə, bu, artıq İran benzininin və dizel yanacağının qiymətinin artmasına səbəb olub.

Rəsmi məlumatlara görə, Ermənistana idxal olunan neft məhsullarının ümumi həcminin təxminən 24 faizi İranın payına düşür. Rusiyanın payı 71 faiz təşkil edir. Ekspert onu da hesab edir ki, təbii şəraitin pisləşməsi ilə yuxarıda qeyd olunan marşrut üzrə nəqliyyatın hərəkəti tamamilə iflic ola bilər. Beləliklə, Ermənistan idxal etdiyi neft məhsullarının az qala dörddə birini itirə bilər.

Qriqoryan bildirib ki, bu, Ermənistan iqtisadiyyatında xaosa, benzin və dizel yanacağının ticarətində fasilələrə, eləcə də onların pərakəndə satış qiymətlərində kəskin sıçrayışa səbəb ola bilər.

virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.