Putin və Bayden arasında danışıqların mümkünlüyü ilə bağlı sual KREML TƏRƏFİNDƏN CAVABLANDIRILIB

10-01-2022, 17:07           
Putin və Bayden arasında danışıqların mümkünlüyü ilə bağlı sual
Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında yeni danışıqlara dair heç bir razılaşma yoxdur, lakin liderlər lazım gələrsə, zəngləşməyə hazırdırlar. SİA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Amerika danışıqları bazar ertəsi səhər Cenevrədə başlayıb. Görüş qapalı formatda ABŞ-ın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyinin ərazisində keçirilir.

Gözlənilir ki, məsləhətləşmələrdə əsas məsələ Rusiya ilə ABŞ təhlükəsizlik təminatlarına dair saziş layihəsi, o cümlədən, orta və daha qısa mənzilli raketlərin bir-birinin əli çatan yerdə qarşılıqlı şəkildə yerləşdirilməməsi, rədd edilməsi haqqında müddəalar olacaq.

“Hazırda bu məsələ ilə bağlı heç bir razılaşma yoxdur, lakin yeni il ərəfəsində apardığımız son telefon danışığı zamanı prezidentlər lazım gələrsə, yenidən zəngləşməyə hazır olduqlarını təsdiqləyiblər və vəziyyətin daha necə qiymətləndiriləcəyi aydındır”, deyən Peskov, Cenevrədəki danışıqlardan sonra prezidentlər Putin və Bayden arasında yaxın gələcəkdə yeni bir danışığın və ya hər hansı formatda görüşün gözlənilib-gözlənilmədiyi sualına belə cavab verib. sia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.