"Rusiya yazda Ukraynaya qarşı hücum edəcək" - The New York Times
12-01-2022, 15:25
Rusiya Ukrayna ilə sərhəddə xeyli sayda hərbi helikopterlər cəmləyib. AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” qəzeti məlumat yayıb. Məqalə müəllifi iddia edir ki, Moskva yazda Ukraynaya qarşı hücum planlaşdırır. Bu səbəbdən də müəyyən hərbi hazırlıqlar görülür. Qeyd olunur ki, müşahidəçilər ABŞ kəşfiyyatının təsdiqlənməmiş məlumatlarına istinad edirlər.
“The New York Times” yeni hərbi xəritə yaydı-Ukrayna mühasirəyə alınır - Bu məlumatlar Ukraynaya hücumun planlaşdırılmasının davam etməsinə açıq-aydın işarədir-müəllif yazıb.
Mütəxəssislərin fikrincə, planlaşdırılan yanvar hücumu qışın çox mülayim keçməsi səbəbindən uğursuz ola bilər. “The New York Times” yazır ki, torpaq yəqin ki, bir çox açıq ərazilərdə hərbi texnikanın sərbəst hərəkət etməsi üçün kifayət qədər donmayıb. Amerikalı jurnalistlər əmindirlər ki, Rusiyanın Ukraynaya müdaxiləsi bu səbəbdən də yaz aylarına yaxın baş verəcək.