"10 ildən sonra ABŞ-da ağlar azlığa çevriləcəklər" - Jirinovski proqnoz edib
13-01-2022, 08:34

Rusiya Dövlət Dumasının deputatı, RLDP-nın lideri Vladimir Jirinovski hesab edir ki, Birləşmiş Ştatlarda artıq özünüparçalama mexanizmi SSRİ-də işlədiyi kimi işə salınıb.
Bu fikri siyasətçi yanvarın 11-də özünün Teleqam-kanalında səsləndirib. Onun sözlərinə görə, Sovet İttifaqı parçalandı, belə ki, «ruslar milli ucqarları yedirtdilər» və bu, indi ABŞ-da baş verir.
«Orada milli ucqarlar yoxdur, amma orada afroamerikalılar, meksikalılar, ümumiyyətlə ağ olmayan əhali var, onlar artıq öz iradəsini diktə edirlər, ağlara isə getdikcə daha çox öz hüquqlarından, özlərinin mədəniyyətindən, özlərinin tarixindən danışmağı qadağan edirlər. Mahiyyətcə, onları rədd edirlər» - deputat yazır.
O, hesab edir ki, belə siyasətin nəticəsində ağ amerikalılar ölkə əhalisinin indiki əksəriyyət statusunu itirir.
Jirinovskinin fikrincə, 10 ildən sonra onlar əhalinin 40 faizdən azını təşkil edəcəklər və tədricən azlığa çevriləcəklər, diskriminasiyaya məruz qalacaqlar.
«Və onların Kanadaya, Avstraliyaya, dünyanın digər bölgələrinə təxliyəsi başlayacaq. Mümkündür ki, hətta bizdən xahiş etsinlər, Sibirdə bir neçə milyon yerləşdirək» - Jirinovski proqnoz edib.
O, həm də hesab edir ki, bundan sonra Amerika çökəcək və supergüc kimi mövcudluğunu itirəcək, çünki yeni amerikalı çoxluq texnologiyanın, iqtisadiyyatın və həyatın belə yüksək inkişaf səviyyəsini saxlaya bilməyəcək.
«Bütün bunlar transmilli korporasiyaların, maliyyə maqnatlarının maraqlarına xidmət edir. Onlarn yeganə məqsədi daim gəlirin artmasıdır… Onları milyonlarla insanın həyatı maraqlandırmır, bazarın banal bölüşdürülməsi maraqlandırır» - o, deyib.
AzPolitika.info