Avropa İttifaqı Şimali Koreya ilǝ bağlı bǝyanat yaydı

13-01-2022, 08:56           
Avropa İttifaqı Şimali Koreya ilǝ bağlı bǝyanat yaydı
Avropa İttifaqı Şimali Koreyanın bir həftədə iki dəfə raket sınaqları keçirməsini pisləyib.
SİA xəbər verir ki, Avropa İttifaqının xarici ǝlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin ofisindən verilən bǝyanatda Şimali Koreyanın 5 və 11 yanvar tarixlərində iki raket atdığı xatırladılıb.
“Şimali Koreyanın qeyri-qanuni silah sistemlərinǝ sahib olmaqla bağlı səyləri beynəlxalq sülh və təhlükəsizliyǝ ciddi tǝhlükǝ yaradır” deyilǝn bǝyanatda Şimali Koreyaya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinǝ əməl etmǝsi ilǝ ǝlaqǝdar çağırış edilib.
Bǝyanatda qeyd olunub ki, Avropa İttifaqı Şimali Koreyaya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edənə qədər sanksiya tǝtbiq etmǝyǝ davam edǝcǝk.
Yaponiya və Cənubi Koreya yanvarın 11-də Şimali Koreyanın balistik raket olma ehtimalı yüksək olan raketi sınaqdan keçirdiyini açıqlayıb. Şimali Koreya yanvarın 5-də hipersəs raketini uğurla sınaqdan keçirdiyini elan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru