“Mərkəzi Asiya hökumətləri belə qənaətə gəldi ki, onların gələcəyi Moskva ilə yox, Ankara ilə bağlıdır” - İDDİA
14-01-2022, 08:18
“Amerikanın Əfqanıstandan çıxması onun güclü dövlət imicini sarsıtdığı kimi, Rusiyanın Türkiyənin dəstəklədiyi Azərbaycana qarşı Ermənistanı müdafiə etməməsi də Moskvanın bir vaxtlar Mərkəzi Asiyada malik olduğu dəstəyi yerə vurur”.
Qafqaz.media xəbər verir ki, bu barədə “Rusiya Avropa deyil” Teleqram kanalı yazır. Kanal davam edərək qeyd edir ki, Rusiyanın 44 günlük savaşa Ermənistan adından müdaxilə üçün heç bir əsası olmadığına dair arqumentləri Moskvanı Mərkəzi Asiyalıların gözündən salır: “Onlar bu uğursuzluğu Rusiyanın Türkiyədən qorxmasının əlaməti kimi görürlər və əvvəlkindən daha sürətlə Moskvadan uzaqlaşırlar. Nəticədə, anti-Moskva yönlü millətçilərinin üstünlük əldə etməsi, kiril əlifbasından latın qrafikasına keçidin tərəfdarlarının tam qələbəyə yaxın olması "domino effekti" ilə anti-Rusiya "uçqununa" çevrildi və Mərkəzi Asiya hökumətləri belə qənaətə gəldi ki, onların gələcəyi Moskva ilə yox, Ankara ilə bağlıdı”.
Teleqram kanalı belə nəticəyə gəlir ki, yalnız Moskva Türkiyəyə qarşı durmaq üçün hərbi gücündən istifadə etməyə hazır olduğunu nümayiş etdirdiyi təqdirdə, Rusiyanın Mərkəzi Asiyadakı təsirinin azalmasının geri dönməsi, ya da ən azı səngiməsi şansı var.