Rusiya ABŞ-la danışıqlarda heç bir güzəştə getməyəcək - Səfir

14-01-2022, 08:36           
Rusiya ABŞ-la danışıqlarda heç bir güzəştə getməyəcək - Səfir
Diplomat: Silahlara nəzarət, Avropada orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsinə moratorium, şəffaflıq və etimadın möhkəmləndirilməsi tədbirləri - bütün bunlar vacibdir və biz bu dəsti bilirik.
Rusiya ABŞ və NATO ilə təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlarda heç bir güzəştə getməyəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin çıxış edib:
“Aydın vədəqiq şəkildə bildirilib ki, biz heç bir güzəştə getməyəcəyik. Bu, bizim prinsipial mövqeyimizdir”, - deyə Kelin “Rossiya 24” telekanalının efirində bildirib.
"Bunun əvəzinə bizə Avropa təhlükəsizliyinin bütün aspektləri üzrə söhbət təklif olunur. Onların hamısı şübhəsiz vacibdir - silahlara nəzarət, Avropada orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsinə moratorium, şəffaflıq və etimadın möhkəmləndirilməsi tədbirləri. Biz bütün bu dəsti bilirik. Ancaq bütün bu kompleksi müzakirə etməyə başlasaq, bizim NATO-nun genişlənməməsi ilə bağlı əsas tələbimiz arada itib batacaq. Ona görə də biz dəqiq hüquqi zəmanətlər almalıyıq”, - deyə Kelin əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru