Zaxarova: Bu "plan"ı deməklə sərhədlərini aşdılar

7-02-2022, 12:53           
Zaxarova: Bu "plan"ı deməklə sərhədlərini aşdılar
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın “Bild” qəzetinin Ukraynanın Rusiyaya birləşdirəcəyi ilə bağlı iddialarına cavab verib.

Paralel.az “sputnik”ə istinadla xəbər verir ki, Zaxarova bu barədə jurnalist Vladimir Solovyovun “YouTube”da yayımlanan proqramında danışıb. Onun sözlərinə görə, qəzet “Rusiyanın planı” adlanan planı dərc etməklə insan əxlaqının və etikasının bütün mümkün sərhədlərini keçib:

“Birtəhər incə olmaq, hissləri incitməmək və tərəfdaşların ən yaxşı niyyətlərinə əsaslanaraq irəliləmək üçün sözlər və ifadələr seçdiyimiz vaxtlar geridə qaldı. Bu gündən etibarən o çox insani həqiqi əxlaqın və etikanın bütün mümkün hədlərini aşdılar. “Bild” qəzeti də Ukraynaya qarşı hazırlanmış “hücum planı”nı dərc edərək bunu edib".

Qeyd edək ki, bundan əvvəl Almaniyanın “Bild” qəzeti anonim məxfi xidmətlərin Rusiyanın guya Ukraynanı ilhaqı ilə bağlı “planının” olması barədə məlumat yayıb.

“Bild”də çıxan xəbər “Bloomberg" xəbər agentliyinin dünən axşam səhvən "Rusiya Ukraynanı işğal etdi" başlıqlı yazdıqdan sonra dərc edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru