Avropa Məhkəməsi Cahangir Hacıyevin həbsini qanunsuz hesab etdi - QƏRAR

10-02-2022, 17:12           
Avropa Məhkəməsi Cahangir Hacıyevin həbsini qanunsuz hesab etdi - QƏRAR
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin şikayəti üzrə qərar elan edib.
Teref.az xəbərə verir ki, məhkəmədən Gununsesi.info-ya göndərilən qərarda Hacıyevin şikayəti təmin olunub.
Qərarda konvensiyanın 5-ci maddəsinin pozuntusu tanınıb.
Qərarda qeyd olunur ki, Hacıyevin həbsi qanunsuz olub və barəsindəki həbsqətimkan tədbirinin müddətinin artırılması əsassız olub.
Hökumət buna görə Hacıyevə 3500 avro təzminat ödəyəcək.
Qeyd edək ki, Cahangir Hacıyevin məhkəmədə hüquqlarını tanınmış vəkil Aqil Layic müdafiə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru