Rəisidən nüvə silahı barədə MÜHÜM AÇIQLAMA: Xamenei fətva verib ki...

10-02-2022, 18:46           
Rəisidən nüvə silahı barədə MÜHÜM AÇIQLAMA:
“İran nüvə silahı əldə etmək niyyətində deyil”.

Metbuat.az xəbər verir ki, prezident İbrahim Rəisi belə açıqlama verib. O bildirib ki, Ali dini lider Ayətullah Əli Xameneinin kütləvi məhvetmə silahlarına qarşı fətvası var və İran buna uyğun davranır. Rəisinin sözlərinə görə, İran xarici siyasətdə qonşularla əlaqələri gücləndirərək, etibar qazanmaq istəyir.

“Davamlı təhlükəsizliyi təmin etmək, bölgəni inkişaf etdirərək daha təhlükəsiz hala gətirmək yalnız əməkdaşlıq və sülh sayəsində mümkündür” - deyə Rəisi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru